Azərbaycan Təhsilində bir ilk.

Azərbaycanda ilk: BDU doktorantura səviyyəsində „ikili diplom“ verəcək
Bu gün Bakı Dövlət Universiteti ilə Almaniyanın Martin-Luther adına Halle-Vittenberq Universiteti arasında Azərbaycanda ilk dəfə olaraq doktorantura səviyyəsində huquqşünaslıq sahəsində „ikili diplom“ verilməklə birgə doktorantura hazırlığını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb. Təhsil Nazirliyinin əməkdaşları, BDU-nun professor-müəllim heyəti və Martin-Luther adına Halle-Vittenberq Universitetinə tərəfdaş ali təhsil ocaqları olan Bremen Universiteti, Qazaxıstan Dövlət Hüquq Universiteti və Ural Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə imzalanan sazişə rektorlar, akademik Abel Məhərrəmov və professor Christian Tietjen imza ediblər.
Rektor Abel Məhərrəmov sazişin əhəmiyyətindən danışaraq bildirib ki, beynəlxalq doktorantura tədrisinin inkişaf etdirilməsi, eləcə də araşdırma və tədrisin beynəlmiləlləşdirilməsi məqsədilə imzalanan saziş hüquqşünaslıq sahəsində fəlsəfə doktoru proqramı üzrə birgə doktorant hazırlığı və doktorluq dissertasiyalarına ikitərəfli rəhbərlik məsələsini nəzərdə tutur. Yəni bu proqramı bitirən doktorantlar həm Azərbaycanın, həm də Almaniyanın hüquq sahəsində fəlsəfə doktoru diplomuna layiq görüləcəklər. Rektor gələcəkdə bu layihə çərçivəsində adıçəkilən universitetlə fəlsəfə doktoru proqramı üzrə doktorluq dissertasiyalarının digər ixtisaslar üzrə həyata keçirilməsi təklifini də irəli sürüb. 
Rektor Abel Məhərrəmov, eyni zamanda, uzun illərdir ki, Bakı Dövlət Universiteti doktorantlarının biri Azərbaycandan, digəri isə xarici ölkələrdən olmaqla ikili elmi rəhbər məsələsinə toxunub və Martin-Luther adına Halle-Vittenberq Universiteti ilə bu təcrübəni həyata keçirməyin əhəmiyyətini qeyd edib.
Yenidən Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən Martin-Luther adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietjen, əməkdaşlıq sazişinin əhəmiyyətindən, yaxın illərdə verəcəyi səmərədən danışaraq mövcud əməkdaşlığı digər ixtisaslar üzrə müvafiq fakültələri cəlb etməklə genişləndirmənin də nəzərdə tutulduğunu diqqətə çatdırıb. 
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev imzalanan sazişi yüksək qiymətlənidirib, „ikili diplom“ və ikili elmi rəhbər məsələsində universitetin xidmətlərini qeyd edib.
Volksvagen Fondunun nümayənsədi Matias Nöllenburq ölkələriarası elm, təhsil əlaqalərinin genişlənməsinə verdikləri dəstəkdən bəhs edib. 
Sonra qonaqlar universitetin Nanoaraşdırmalar laboratoriyasında olub və burada aparılan elmi-tədqiqt işlərinin nəticələri ilə tanışlıqdan sonra bu istiqamətdə də əməkdaşlıq barədə müzakirələr aparıblar.
İmzalanma mərasimindən sonra Bakı Dövlət Universiteti, Martin-Luther adına Halle-Vittenberq Universiteti, Bremen Universiteti, Qazaxıstan Dövlət Hüquq Universiteti və Ural Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə „Keçid dövründə hüquq təhsili“ adlı konfrans öz işinə başlayıb. Konfransda BDU-nun Hüquq fakültəsi üçün təhsilin Avropa təhsilinə inteqrasiyası istiqamətində yeni bakalavr proqramının hazırlanması barədə müzakirələr aparılıb.шаблоны для dle 11.2
Baxılıb: 111 Tarix: 27-10-2018, 09:49
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Fedex Isotretinoin 10mg Cash Delivery Amex Accepted Antibiotic Alternative To Keflex Allergy cialis cheapest online prices Generic Cod Only Stendra In Internet No Doctor Boston Buy Vermox On The Web
  • Нравится
  • 0