Paytaxt məktəblərində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində qarşıdan gələn 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib.BŞTİ-dən bildirilib ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfrans, dəyirmi masa, mühazirə və şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin rəsm, şeir, inşa müsabiqələri də keçirilib.
Şəhər təhsil idarəsi əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdiyi mərasimlərdə bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib və ona olan maraq artıb. Həmçinin bu il ali məktəblərə qəbul imtahanı zamanı yüksək bal toplayan abituriyentlərin çoxu müəllim peşəsini seçib.
Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söz açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək yolunda əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Həmçinin tədbirlərdə öz səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər təltif olunublar.
Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.шаблоны для dle 11.2
Baxılıb: 14 Tarix: 4-10-2019, 16:13