Dövlət İmtahan Mərkəzi Naxçıvanda konfrans keçirdi



“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Naxçıvan şəhərində keçirilib.

Konfransda DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəhbər şəxsləri, ali təhsil müəssisələrinin prorektor və müəllim heyəti, təhsil şöbələrinin müdirləri, kolleclərin direktorları, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.
DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar keçirilir. İlk konfrans noyabrın 3-də Gəncədə, ikinci konfrans noyabrın 5-də Şəkidə, üçüncü konfrans isə noyabrın 8-də Lənkəran şəhərində keçirilib.
Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans 13 noyabr 2018-ci il tarixində Naxçıvan şəhərində keçirilib.
Konfransda DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəhbər şəxsləri, ali təhsil müəssisələrinin prorektor və müəllim heyəti, təhsil şöbələrinin müdirləri, kolleclərin direktorları, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.
Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev çıxış edərək Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Sədrin müavini qeyd edib ki, müasir dünyada istənilən açıq sosial sistemin davamlılığının təmin olunması üçün ictimaiyyətin məlumatlandırılması və proses iştirakçıları ilə sağlam əks əlaqə yaradılması mühüm şərtdir. İmtahanlar ictimaiyyət tərəfindən yaxından izləndiyi üçün DİM ictimaiyyətin məlumatlandırılmasına, sorğu və şikayətlərə vaxtında və obyektiv reaksiya göstərilməsinə xüsusi əhəmiyyət verir. Prosesin bütün iştirakçıları imtahanlar, qaydalar, nəticələr və digər prosedurlarla əlaqədar istənilən məlumatı rahatlıqla əldə edə bilirlər.
Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib və Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.
Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.
Xatırladaq ki, bu konfrans noyabrın 17-də Bakı şəhərində keçiriləcəkdir.
шаблоны для dle 11.2
Baxılıb: 708 Tarix: 14-11-2018, 08:47