Azərbaycan Təhsil Şurası İdarə Heyətinin üzvü Ülviyyə Əjdər qızı İbrahimovanın “Azərbaycan tarixi “Mücməli Fəsihi”də” adlı monoqrafiyası işıq üzü görmüşdür

Azərbaycan Respublikası Təhsil Şurası İdarə Heyətinin üzvü Ülviyyə Əjdər qızı İbrahimovanın “Azərbaycan tarixi “Mücməli Fəsihi”də” adlı monoqrafiyası işıq üzü görmüşdür.
Monoqrafiyada XIV yüzilliyin sonu-XV yüzilliyin əvvəllərində Azərbaycanın  iqtisadi, siyasi tarixi dövrün müasiri  Fəsih Xəvafi adlı Herat tarixçisinin “Mücməli Fəsihi” əsəri üzrə araşdırılmışdır. Tədqiqat zamanı həm bu əsərin özü Azərbaycan tarixinin öyrənilməsində yeni mənbə kimi tədqiq edilmiş, həm də mənbənin verdyi məlumatlar dövrün digər farsdilli qaynaqları ilə müqayisə edilərək XIV yüzilliyin sonu və XV yüzilliyin əvvəllərini əhatə edən zaman kəsiyindəki tarixi hadisələr Azərbaycan tarixində ilk dəfə ayrıca tədqitata cəlb edilmişdir. Monoqrafiyada oxucuların ixtiyarına verilən fotoşəkillər də orijinaldır və müəllifin özü tərəfindən çəkilmişdir.
Müəllifi təbrik edir, yeni uğurlar diləyirik.шаблоны для dle 11.2
Baxılıb: 458 Tarix: 19-10-2018, 15:35