"Özəl təhsil: dünən, bu gün və sabah" mövzusunda seminar keçirildi.

28 dekabr 2018-ci il tarixində KAMAL Kurslarının təşkilatçılığı, təhsil eksperti Nadir İsrafilov, Kamal Kurslarının icraçı direktoru Kamran Əsədov, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov, gənc ictimai fəal Turan Həsənli, "Çinar" yayımları, "Avantaj Tədris Mərkəzi", "Şəfəq" Kursları, "Enter.news" saytı, "Welcome travel" şirkəti, Respublika Təhsil şurası və bir neçə təhsil mütəxəssisi, valideyn və şagirdin, Kamal Kurslarının məzunlarının iştirakı ilə Kursun Nərimanov filialında  "Özəl təhsil: dünən, bu gün və sabah" mövzusunda seminar keçirildi. Seminarda özəl təhsilin yaranma şəraiti, dünya təhsil sistemində vəziyyəti və Azərbaycanakı mövcud şəraitin müqayisəsi və s. kimi məsələrlə ətrafında müzakirələr edildi. Seminar aprel ayında keçirilməsi nəzərdə tutulan FORUMa hazırlıq məqsədi daşıyır.шаблоны для dle 11.2
Baxılıb: 215 Tarix: 29-12-2018, 00:23