Yaradılan bu sistem, kənd məktəblərində təhsilin məhvinə aparmırmı?

 Bu barədə öz fikirlərini TEHSİLSHURASİ.AZ-a bildirən Təhsil Meneceri Turan Həsənli qeyd edib ki, MİQ imtahanı bildiyimiz kimi, hər il Təhsil Nazirliyi tərəfindən keçrilir. Bu imtahanın çox yaxşı tərəfləri olmaqla yanaşı, bir sıra mənfi tərəfləri də mövcuddur. Rəqabət elə yaradılıb ki, ən yüksək bal toplayanlar şəhər və mərkəzi məktəbləri, az bal toplayanlar isə ucqar kənd məktəblərini seçir. Bir neçə il bundan öncəyə diqqət etsək, görərik ki, Azərbaycan təhsil sistemində ən çox uğur qazanan tələbələr arasında, kənd məktəblərindən olan şagirdlərin sayı çoxluq təşkil edir. Bəs yaradılan bu sistem, kənd məktəblərində təhsilin məhvinə aparmırmı?
Şəhərdən uzaq olan məktəblərdə, Nazirliyin nəzarəti zəifdir. Həmin məktəblərə çox aşağı balla təyinat alan bir müəllim, Təhsillə bağlı heç bir iş görə bilmir. Unutmayaq ki, müəllimin pedaqoji hazırlıq səviyyəsi çox vacibdir. Pedaqoji olaraq hazır olmayan bir müəllim heçbir zaman, şagirdlərə nəsə öyrədə bilməz. MİQ imtahanı müsahibə mərhələsi, elə bu səbəbdən çox ciddi şəkildə aparılmalıdır. Bəs Rayonlarda təhsilin inkişafını sürətləndirmək üçün nə etmək lazımdır?
Bunun üçün keçid balı yüksək olmalıdır. Artıq müəllim fikirləşməli deyil ki, az bal toplasam, qıraq yeri yazaram. Müəllim başa düşməlidir ki, o az bal toplasa heç yerdə çalışa bilməyəcək. Fikirimcə Şəhər və kənd məktəblərinə eyni dərəcədə diqqət edilməlidir, çünki hər bir məktəb, vahid sistem altında, Azərbaycan Təhsili adı altında birləşib. шаблоны для dle 11.2
Baxılıb: 346 Tarix: 6-01-2019, 20:37