Nalşəkilli mühasirə

Azərbaycanlı yazar Eluca atalının yenicə yazıb tamamladığı beş pərdəli tarixi dramı belə adlanır- "Nalşəkilli mühasirə". Əsərdə hadisələr I Cahan savaşının Anadolu cəbhəsindəki rus qoşununun yerləşdiyi hərbi qərargahdan başlayır.

Türkiyəni zəbt etmək istəyən Rusiya, Türkiyə daxili türkə düşmən qüvvələri özünə yardıma çağırır. 1914-cü il 20 dekabr rus çarı II Nikolay Anadoludakı rus qoşununun vəziyyətini öyrənməkdən ötrü cəbhəyə gəlir və bu zaman onun dincəlmək üçün cəmi on beş dəqiqə zamanı var. Fitrətən fürsətçi olan ermənilər burda da fürsətdən bəhrələnərək öz elçilərini katalikos V Gevorgu çarın yanına hərbi qərargaha göndərirlər. O, rus-fars savaşında olduğu kimi, ermənilər yenə də sizin sıranızdadır bəyan edib, əvəzində Rusiyanın Türkiyə üzərində qələbəsindən sonra Anadoluda erməni dövləti qurulması üçün sadaladığı torpaqları onlara verməsini xahiş edir. Çar razılaşır, katalikos isə çara Satenik adında erməni qızını hədiyyə edir. Lakin 1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabı nəticəsində çarın taxt-tacı inqilabçılar tərəfindən laxlayır, ikihakimiyyətlik yaranır. Ölkə daxilində başlayan iç savaş çarı məcbur edir ki, Türkiyədən qoşununu geri çəksin. Əlbəttə, rus qoşununun Türkiyədən qənimətsiz çıxaması nəinki Rusiya, ermənilər üçün də barışılası hal deyil. Bu zaman Andronik rus qərargahına hücum edib, rusların erməniləri aldadıb, onları meydanda türklərlə tək qoyduğunu söyləyir, lakin Anadolu cəhbəsinin generalı Fyodorov ona bildirir ki, ermənilər bundan sonra Rusiyanın Cənubi Qafqaz siyasətinə xidmət edəcəklər və qazandıqları torpaq Azərbaycandan olacaq. Bundan sonra Andronikin Naxçıvan, Qərbi Azərbaycan, Güney Azərbaycan, Zəngəzur, Qarabağa olan hücumları əsərdə böyük yer alır.
Nuru Paşa Gəncə-Bakı istiqamətindən, Qara Bəkir Paşa Qərbi Azərbaycan-Naxçıvan istiqamətindən öz qoşunları ilə Azərbaycana girib daşnak-kommunist vəhşilərini təmizlədikləri zaman Andronik Naxçıvandan qaçmaq məcburiyyətində qalır. Lakin Azərbaycandan çıxacağı bütün qapılar bağlanıb və həm də Xankəndini Qarabağda quracaqları erməni dövlətinin baş kəndi sayan Andronik Qarabağı işğal etmədən rahat ola bilmir. Bu zaman Zəngəzur bəyi Sultan bəyə məktub yazıb, Dərbəndə keçmək istədiyini, Azərbaycanı tərk etmək üçün Qarabağdan gəlib keçməsi üçün ona izin verilməsini rica edir. Sultan bəy onun hiyləsini anlayır və Qarabağa gəlməsi üçün izin verir. Burdan da Sultan bəy və onun qardaşı Qarabağ qubernatoru Xosrov bəy arasında Androniklə bağlı uzun mübahisə başlanır. Amma Sultan bəy bütün tədbirləri əvvəlcədən görmüşdü, Andronikin qaniçənliyindən cana gəlmiş Qarabağdakı erməni kəndliləri Sultan bəy ətrafında birləşmişdilər. Sultan bəy məktubunda "Qarabağa gələ bilərsən, amma bir şərtlə, silahları dağın o biri üzündə qoyub keçib gedəcəksən" yazır. Andronik Sultan bəyin bu şərti ilə razılaşır, amma gizlində erməni kəndliləri ilə sazişə girir ki, siz əvvəlcədən silah və döyüş sursatlarını dağdan aşıracaqsınız. Andronik otuz minlik ordu ilə dağı silahsız aşır, Zəngəzurun Zabux dərəsinə enir və həmin anda da aldandığını anlayır. Çünki erməni kəndliləri bütün silahları Sultan bəyə təhvil vermişdilər. Bu savaşda yalnız səksən doqquz nəfəri - uşaqları və qadınları əfv edib qoşundan ayıran Sultan bəy, Andronikin bütün qoşununu süquta uğradır. Andronik keşişi öldürüb onun paltarlarını geyinərək iki körpə uşaqla eşşəyin üzərində dərədən keçib gedir.

Məqsədə çatmaq üçün bütün vasitələrdən bəhrələnmək məqbuldur ideyası ilə yaşayan daşnaklar, 1914-cü ildə çara bağışladıqları Sateniki 1918-ci ildə Kremlə göndərib Leninə hədiyyə edirlər. Türk qoşunu Naxçıvana girdikdə Andronik və sadiq silahdaşı Haykaz müsəlman qadın paltarı geyib, çardaya bürünərək qaçıb gizlənir, Sateniki isə qoşunun qarşısına yalnız çıxarırlar.

Eluca ATALI шаблоны для dle 11.2
Baxılıb: 310 Tarix: 12-01-2019, 09:27