Özəl təhsil müəssisəsi yaratmaq üçün imtahan sistemi yaradılmalıdır

Bu gün,şübhəsiz ki, ən çox investisiya qoyulan sahələrdən biri— Özəl təhsildir. Ölkədə özəl təhsil müəssisələrinin sayı gündən-günə artmaqdadır. Şagird və tələbələr günün çox hissəsini özəl təhsil müəssisəsində keçirirlər. Bəs özəl təhsil müəssisəsi şagirdlərə nə öyrədir?! Məlumdur ki, bu gün əksər özəl təhsil müəssisəsi bu işə bir biznes kimi baxır. Bəzi özəl təhsil müəssisələri isə biznesi 2-ci planda saxlayır. Unutmayaq ki, ölkənin inkişafının təməli və əsas meyarı Təhsildir. Özəl təhsil sahibləri öz təhsilalanlarına pul mənbəyi kimi baxarsa, təbii olaraq təhsildə də müəyyən boşluqlar yaranacaqdır. Çatdırmaq istərdim ki, özəl təhsil müəssisəsi yaratmaq üçün imtahan sistemi yaradılmalıdır. Əvvəla, müəssisəni yaradacaq şəxs imtahan verməlidir. Dövlətin strategiyasını bilməyən bir şəxs necə təhsil idarəçisi ola bilər? Özəl təhsilə nəzarət mütləq şəkildə olunmalıdır. Özəl təhsil müəssisələri aylıq hesabatlar verməlidir. Tədris vasitələri və dərs proqramları dövlət tərəfindən müəyyən olunmalıdır. Göründüyü kimi, özəl təhsil müəssisələri tamamilə nəzarətdən kənar qalıb. Onların hansı tədris vasitəsindən istifadə etdiyini, necə müəllimlərin dərs dediyini yalnız təhsilalanları bilir. Bu gün özəl təhsil müəssisələrinə baxsaq, pedaqoji fəaliyyətdən uzaq olan xeyli insan çalışır. Hər tədris mərkəzi bir kitab yazır, hər biri bir-biri ilə bəhsə düşür. Bu isə ən çox müəllimlərə təsir edir. Bəzi özəl təhsil müəssisələrində çalışan müəllimlər zəhmətindən qat-qat az əmək haqqı alır. Ümid edirəm ki, yaxın zamanda bütün özəl müəssisələr vahid təhsil adı altında fəaliyyət göstərəcəklər. Təhsilin inkişafında özəl təhsil müəssisələrinin rolu çox böyükdür. Təhsil yolunda addım atan bütün tədris mərkəzlərinə öz şəxsim adından təşəkkür edirəm!

Turan Həsənli.шаблоны для dle 11.2
Baxılıb: 159 Tarix: 16-01-2019, 22:45