Təhsil Şurası İdarə heyətinin iclası keçirildi


31 yanvar 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Respublika Təhsil Şurası İdarə heyətinin iclası keçirildi.

 

İclasda Təhsil Şurası sədrinin müavini, idarə heyətinin üzvü Mirzəli Murğuzov, Şuranın katibi, idarə heyətinin üzvü Böyükağa Mikayıllı, idarə heyətinin üzvləri Akif Orucov, Şaiq Əsgərov, Hikmət Əlizadə, Samir Mehdizadə, Hümeyir Əhmədov, Yusif Əliyev, Kəmalə Qədirova, Şirin Məmmədova və Eldar Əhmədov, Nəzarət Təftiş Komissiyasının sədri Arif İbrahimov iştirak edirdilər. İclası giriş sözü ilə Şuranın katibi Böyükağa Mikayıllı açaraq tədbiri idarə etmək sözü Təhsil Şurası sədrinin müavini Mirzəli Murğuzova verdi. Mirzəli Muğuzov iştirakçıları iclasın gündəliyi ilə tanış etdi. Söylədi ki, Respublika Təhsil Şurasının Ümumi Yığıncağının keçirilməsi zamanının və yerinin müəyyənləşdirilməsi gündəlikdə dayanan yeganə məsələdir. O, təkilf etdi ki, Ümumi Yığıncaq 16 fevral 2019-cu il tarixində saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin. Ümumi Yığıcağın keçirilməsi barədə məlumat Təhsil Şurasının 2013-cü ilin 22 noyabrında keçirilmiş Ümumi Yığıncağında seçilmiş üzvlərinə qısa müddət ərzində çatdırılsın. Təklif səsə qoyularaq qəbul edildi. Sonra Ümumi Yığıncağın keçirilməsi ilə bağlı Təşkilat komitəsi yaradıldı. Hümeyir Əhmədov Təşkilat komitəsinə sədr, Şaiq Əsgərov, Hikmət Əlizadə, Böyükağa Mikayıllı və Şirin Məmmədova üzv seçildilər.

P.S. Respublika Təhsil Şurasının 2013-cü ilin 22 noyabrında Rəşid Behbudov adına Mahnı Teatrında keçirilmiş Ümumi Yığıncağında iştirak etmiş üzvlərindən xahiş edirəm ki, Təşkilat komitəsinin üzvləri ilə əlaqə saxlasınlar. Bununla yanaşı, üzvlərin hər birinə Ümumi Yığıncağın keçirilməsi barədə rəsmi məlumat göndəriləcək.

шаблоны для dle 11.2
Baxılıb: 343 Tarix: 1-02-2019, 10:11