Təhsil Şurası İctimai Birliyinin Ümumi Yığıncağı keçirilmişdir

16 fevral 2019-cu il tarixində Təhsil Şurası İctimai Birliyinin
Ümumi Yığıncağı keçirilmişdir
16 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Şurası İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Ümumi yığıncaqda Suranın 233 üzvündən 180 nəfəri iştirak etmişdir. Eləcə də qonaqlardan Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quluyev, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov, AVMA rəhbəri Şahin Rəcəbov iştirak edirdilər.
İclasa sədrlik Təhsil Şurası İdarə Heyətinin üzvü, ADİU prorektoru dosent Şaiq Əsgərov, katib isə ADPK-nın direktor müavini Sevda Axundovaya həvalə edilmişdir.
Şuranın sədri professor Əjdər Ağayevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
2013-2018 ci illər üçün hesabat məruzəsi ilə Təhsil Şurası sədrinin müavini professor Mirzəli Murğuzov geniş çıxış etmişdir. Məruzə ətrafında çıxışlarda Təhsil Şurası İdarə Heyyətinin üzvü Əməkdar müəllim Həqiqə Məmmədova, Şura üzvü Ofeliya Arazova, Təhsil Şurası İdarə Heyyətinin üzvü professor Asəf Zamanov çıxış edərək, son beş illik hesabatı qənaətbəxş hesab etdilər. Sonra qonaqlardan təhsil eksperti professor Şahlar Əsgərov çıxış edərək fikirlərini bölüşdü və Təhsil Şurasının həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs etdi.
Təhsil Şurasının hesabatı qənaətbəxş hesab edilərək qəbul edildi.
Ümumi Yığıncağın gündəliyindəki ikinci məsələ ilə əlaqədar NTK-nın sədri Arif İbrahimov məlumat verdi. O bildirdi ki, Nəzarət Təftiş Komissiyası beş il ərzində  Təhsil Şurası  tədbirlərinin Nizamnaməyə  uyğun qaydada təşkil edilməsini və düzgün maliyyələşdirilməsini nəzarətdə saxlamışdır. Birliyin fəaliyyəti öz Nizamnaməsi üzrə qurulmuş və davam etdirilmişdir.
Çıxış üçün söz alan Təhsil Şurası İdarə Heyyətinin üzvü professor Hümeyir Əhmədov bildirdi ki, Təhsil Şurasının tədbirlər həyata keçirmək üçün maliyyə yardımına ehtiyacı var, bunun üçün Şura üzvlərinin vaxtlı-vaxtında Təhsil Şurasının bank hesabına üzvlük haqqlarının keçirilməsi yaxşı olardı.
Nəzarət Təftiş Komissiyasının hesabatı da qənaətbəxş hesab edilərək qəbul edildi.
Təhsil Şurası İctimai Birliyinin İdarə Heyyətinin yeni tərkibinin seçilməsi məsələsi ilə bağlı iclasın sədri dosent Şaiq Əsgərov  İdarə Heyyəti üzvlərinin say tərkibini və Təşkilat Komitəsinin irəli sürdüyü namizədlərin ümümi,yaxud ayrılıqda  səsə qoyulmasının müəyyənləşdirilməsini təklif etdi. Təklif səsə qoyuldu və İdarə Heyyətinin 23 üzvdən ibarət olması və ümümi səsə qoyulması yekdilliklə qəbul edildi. Təklif səsə qoyuldu və qəbul edildi. Sonra İdarə Heyyətinə namizədlərin səsə qoyulması başlanıldı və İdarə Heyyəti tərkibi yekdilliklə qəbul edildi.
Təhsil Şurası İctimai Birliyinin yeni sədri professor Hikmət Əbdül oğlu Əlizadə yekdilliklə seçildi.
Dosent Şaiq Əsgərov, əməkdar müəllim Həqiqə Məmmədova, t.ü.f.d. Ülviyyə İbrahimova sədrin müavinləri, Sevda Axundova isə İdarə Heyətinin katibi seçildilər.
Professor Hikmət Əlizadə qısa, ancaq dolğun çıxışında Şuranın bundan sonra da professor Əjdər Ağayevin prinsiplərinə sadiq qalacağını bildirdi. Qeyd etdi ki, amalımız “ənənəni qorumaqla müasirliyə doğru irəliləməkdir”. Sonra
Arif İbrahimov, Güloğlan Bağırov və Elnarə Məmmədova Nəzarət Təftiş komissiyasının üzvləri seçildilər.
Təhsil Şurası İctimai Biriliyinin Nizamnaməsi yeni redaksiyada təsdiq edildi.
Ümumi Yığıncaqda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev TŞ-nin fəaliyyətini yüksək qiymətləndirdi və uğurlar arzuladı.
Bununla da Təhsil Şurası İctimai Birliyinin Ümumi Yığıncağı öz işini bitirdi.





шаблоны для dle 11.2
Baxılıb: 585 Tarix: 18-02-2019, 13:20