Daşqın Qənbərov: Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinin əməyi layiqincə qiymətləndirilir

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ölkəmizdə qeyd olunan sahələrin inkişafına çox geniş imkanlar yaradılıb. Mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısını daim hiss edir və görürük. Martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürüdür.Bu sözləri Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti Daşqın Qənbərov deyib.
O qeyd edib ki, respublikamızda digər sahələrdə olduğu kimi, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlər qazanılır. Son illərdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binaları tikilib, təhsil və mədəniyyət müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilib, tələbələrin və doktorantların təqaüdləri artırılıb, mədəniyyət və incəsənət xadimlərinin əməyi layiqincə qiymətləndirilib. Bütün bunlar bizi ürəkdən sevindirir və ruhlandırır.шаблоны для dle 11.2
Baxılıb: 154 Tarix: 3-03-2019, 14:28