Fevral ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 5 min 565 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.BŞTİ-dən bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 5 min 565 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1774 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1769 vətəndaş müraciəti daxil olub. 124 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1748 sənəd (vətəndaşlar tərəfindən 153 ərizə, Təhsil Nazirliyindən 158, digər qurumlardan 289, məktəblərdən 957 məktub, 74 strukturdaxili yazışma və 117 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 150 elektron müraciətə baxılıb.
Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, fevral ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Səbail, Yasamal, Qaradağ, Suraxanı və Xətai rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.шаблоны для dle 11.2
Baxılıb: 137 Tarix: 4-03-2019, 11:20