BDU-nun müəllimi Türkiyədə Xocalı qətliamından danışıb

Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan Türkiyədə ezamiyyətdə olub.BDU-dan bildiriblər ki, K.Aslan Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə reallaşan səfər çərçivəsində məktəblərdə keçirilən tədbirlərdə məruzələrlə çıxış edib.
O, orta məktəblərin V-XII siniflərində təhsil alan şagirdlərlə görüşlərdə Ermənistanın apardığı işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı “Keçmişdən gələcəyə” (“Mazidən atiyə”) proqramında iştirak edən K.Aslan Xocalı qətliamının dünyada tanıdılması istiqamətində görülən işlərdən, Xocalıda erməni vəhşiliyini soyqırımı kimi tanıyan ölkələrin dəstəyindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizədən bəhs edib.шаблоны для dle 11.2
Baxılıb: 74 Tarix: 5-03-2019, 13:32