Anam mənim ikinci müəllimim, Müəllimim mənim 2-ci anam

Xətai rayonu 17 saylı məktəbin 4-cü sinif şagirdləri "Analar Bayramı" adlı maraqlı və sürpriz dolu sinif tədbiri keçirmişlər. Belə ki, sinif rəhbəri Bəturə Saniyevanın şagirdlərlə sirli şəkildə hazırladığı tədbir analarda böyük maraq doğurmuşdur. Onlar bu sevincdən həm qəhərlənmiş, həm sevinmiş, həm də qürurlanmışlar. Şagirdlərin maraqlı çıxışları-rəqsləri, şeirləri, təqdimatları hamı tərəfindən maraqla qarşılanmışdır. Sonda şagirdlər hazırladığı əl işləri və çiçəkləri analara vüqarla təqdim etmişlər. Hətta tədbirin sonunda analara və iştirak edən nənələrə sinif müəllimi tərəfindən hazırlanmış "Anam mənim ikinci müəllimim, Müəllimim mənim 2-ci anam" adlı "Canım Anam" mükafatları təqdim olunmuşdur.





шаблоны для dle 11.2
Baxılıb: 170 Tarix: 10-03-2019, 20:29