Xəzər Universiteti Türkiyənin Erciyes Universiteti ilə əlaqələr qurur

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Türkiyənin Erciyes Universitetinin rektoru Mustafa Çalışla görüşüb.Universitetdən bildirilib ki, görüşdə Hamlet İsaxanlı rektora rəhbərlik etdiyi ali məktəb haqqında geniş məlumat verib. Hamlet İsaxanlı və Mustafa Çalış iki universitet arasında əlaqələrin davam etdirilməsi ilə əlaqədar rəsmi protokol imzalayıblar. Görüş zamanı qərara alınıb ki, bundan sonra təhsil sahəsində əlaqələr daha da genişləndirilsin.
Hamlet İsaxanlı Erciyez Universitetinin prorektoru, professor Recai Kılıç və ədəbiyyat fakültəsinin dekanı, professor Ali Aktanla görüşü zamanı hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli tələbə mübadilə proqramlarının həyata keçirilməsi məsələsini müzakirə ediblər.
Hamlet İsaxanlı, həmçinin Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa ilə görüşüb və onu Bakıya dəvət edib.
Görüşlərdə Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Erciyez Universitetinin professoru Sevinc Üçgül, türkiyəli yazar İmdat Avşar iştirak ediblər.
Qeyd edək ki, Hamlet İsaxanlı martın 12-də Niğde Ömer Halisdemir Universitetində, martın 13-də Nevşehir Hacı Bektaşi Veli Universitetinde, martın 14-də Kapadokya Universitetində, martın 15-də isə Kahramanmaraş Sütçü İmam Universitetində görüşlər keçirəcək.


шаблоны для dle 11.2
Baxılıb: 186 Tarix: 12-03-2019, 11:33