I sinfə qəbulla bağlı suallar cavablandırılacaq

Martın 15-də saat 15.00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi nazirliyin saytı və  “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq.  Verilişdə I sinfə qəbulla bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətiriləcək.

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva cavablandıracaq.

Qəbul prosesinin gedişi ilə bağlı sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.

шаблоны для dle 11.2
Baxılıb: 69 Tarix: 15-03-2019, 09:57