“Çiçəkli Novruz” adlı tədbir keçirilmişdir

15.03.2019- cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Təbiət Elmləri fənn birləşməsinin sədri Mətanət İsmayilova, müəllimlər Əhmədova Svetlana, Şəmməmmədova Nilufər, Kollecin “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr” üzrə direktor müavini Sevda Axundovanın rəhbərliyi ilə “Çiçəkli Novruz” adlı tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak etdilər.
Novruz şənliyində bir-birindən fərqli müsiqi-rəqs nümunələri, konsert proqramı, slaydlardan istifadə olundu.
Tədbirin sonunda kollecin direktoru f.r.ü.f.d., dosent İsrayıl İsgəndərov kollektivi, tələbələri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi, bu bayramın hər birimizin evinə ruzu bərəkət gətirməsini arzu etdi.  


Rəna Abdullayeva

mütəxəssis

İnsan resursları və informasiya şöbəsi

шаблоны для dle 11.2
Baxılıb: 324 Tarix: 19-03-2019, 09:38