Ali məktəblərə qəbul olunmaq üçün 30 minədək abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən bildirir ki, martın 28-i saat 12:00-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 29881nəfər (Azərbaycan bölməsi-26921, rus bölməsi-2960) ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 18582 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 20171 nəfərdir.
Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.шаблоны для dle 11.2
Baxılıb: 176 Tarix: 28-03-2019, 13:02