“ASAN Radio”da “Azərbaycan tarixi” adlı layihəyə start verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “ASAN Radio” ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb.Tarix İnstitutundan bildirilib ki, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Prezident İlham Əliyev Tarix İnstitutunu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Dövlət başçısının göstərişi ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək.
İlk buraxılışlar Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli çıxış edib.
Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə “ASAN Radio”nun baş redaktoru İlkin Kərimovdur.шаблоны для dle 11.2
Baxılıb: 166 Tarix: 29-03-2019, 10:49