Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.TEHSİLSHURASİ.AZ xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.
Aprelin 1-i saat 09:45-ə olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 48 min 022 abituriyent öz ərizəsini təsdiq edib.
İxtisas qrupları, yaz və yay imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul haqqında elanların tam mətni ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür.
Qeyd: Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı “Abituriyent- 2” jurnalında tanış olmaq olar.шаблоны для dle 11.2
Baxılıb: 219 Tarix: 1-04-2019, 10:51