Gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçiriləcək.BŞTİ-dən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.
Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Aprelin 4-də ümumtəhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində (aprelin 12-də) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Aprelin 29-da keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.
Gənc fiziklərin yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (1 nəfər IX sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini yerinə yetirməlidirlər.
Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.шаблоны для dle 11.2
Baxılıb: 120 Tarix: 3-04-2019, 11:17