Qrant müsabiqəsinə sənəd qəbulu yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu mərhələsi yekunlaşıb. Bu il ilk dəfə olaraq müsabiqəyə sənəd qəbulu prosesi elektron qaydada www.grants.edu.az portalı vasitəsilə həyata keçirilib.

Martın 11-dən başlanılan prosesdə 1018 pedaqoji işçi və 270 ümumi təhsil müəssisəsi portalda qeydiyyat keçib. Qeydiyyatdan keçənlərdən 678 nəfər pedaqoji işçi və 200 ümumi təhsil müəssisəsi müsabiqəyə öz layihə təklifini göndərib. Layihə təkliflərinin statusları haqqında məlumat müraciət edənlərin şəxsi kabinetinə göndərilib.

Hazırda layihə təklifləri ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra müsabiqənin nəticələri ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.

шаблоны для dle 11.2
Baxılıb: 50 Tarix: 3-04-2019, 18:09