Dövlət İmtahan Mərkəzində işləmək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu məsələləri şöbəsinin dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, dövlət qulluğu məsələləri şöbəsinin vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.DİM-dən bildiriblər ki, Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər 2019-cu il aprelin 28-dək müraciət formasını a.quliyeva@dim.gov.az ünvanına göndərə bilərlər. Mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin göstərilməsi tövsiyə olunur.
Hər bir vəzifə üzrə əməkhaqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.
Qeyd: Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.шаблоны для dle 11.2
Baxılıb: 522 Tarix: 15-04-2019, 13:28