Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin 14-cu Ümumi Yığıncağı keçiriləcəkdir

17 aprel 2019-cu il saat 11:00-da (10:00-da qeydiyyat) "Dubai" İnternasional Oteldə "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin 14-cu Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaqda təhsil iştirakçıları, millət vəkilləri, dövlət, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, aprel qaziləri, media-KİV nümayəndələri, təhsil ekspertləri, yaradıcı özfəaliyyətləri iştirak edəcəkdir. Yığıncaq nümayəndələrinin qeydiyyatı aparılacaq, könüllülər iştirak edəcəkdir. 9:00-dan-10:00-dək Elmlər Akademiyası metro stansiyasının çıxışından 2 avtobus iştirakçıları otelə gətirəcək. Yığıncaq nümayəndələrindən gecikməmək xahiş olunur. Giriş qonaqlar üçün dəvətnamə, nümayəndələr ucun şəxsiyyət vəsiqəsi ilədir.
Yığıncaqda AVMAİB-nin hesabat dövrü üzrə gördüyü işlər barədə hesabat veriləcək, fəaliyyət qiymətləndiriləcək, perspektiv hədəflər müəyyən ediləcəkdir. Yığıncaqda habelə, müxtəlif sahələr üzrə- ( təhsil, idman, vətəndaş cəmiyyəti, milli vətənpərvərlik, mədəniyyət, incəsənət və s) fərqlənənlərin təltifi mərasimi keçiriləcəkdir. Sonda istedadlı uşaq yaradıcılıq ozfəaliyyətlərinin və incəsənət nümayəndələrinin konserti olacaq. Ümumi Yığıncaqla bağlı əlavə məlumat 4925988, 0705250300, merkezvma@mail.ru əlaqə saxlamaq olar. Uğurlar arzu edirik.

шаблоны для dle 11.2
Baxılıb: 383 Tarix: 15-04-2019, 13:44