SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

TEHSİLSHURASİ.AZ xəbər verir ki, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan SABAH qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup”  Beynəlxalq Məhkəmə müsabiqəsində iştirak edib.

Müsabiqədə  Elnarə Yusibova  və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər.

Qeyd edək ki, bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və  hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.

шаблоны для dle 11.2
Baxılıb: 124 Tarix: 18-04-2019, 11:39