Bakıda magistrantların II respublika elmi konfransı keçirilir

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması” magistrantların II respublika elmi konfransı öz işinə başlayıb.

Konfrans Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş “Elm günü”nə həsr olunub.
TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi universitetdə yüksəkixtisaslı elmi kadrların hazırlandığını bildirib. Qeyd edib ki, ADPU-da 797 magistrant təhsil alır və bu, çox böyük potensialdır. Konfransa 503 məqalə təqdim olunub. Bu göstərici keçən illə müqayisədə 2 dəfə çoxdur.
Tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov mövzunun aktuallığını vurğulayıb.
Sonra magistrant Abdulxaliq Məmmədli “Məktəb idarəçiliyində sistem liderliyi”, magistrant Aysel Cəlallı “Riyaziyyat dərslərində əyləncəli və maraqlı çalışmalar vasitəsilə şagirdlərin idraki maraqlarının formalaşdırılması yolları” mövzusunda çıxışlar ediblər.
Elmi konfrans 4 bölmədə - innovasiyalar və təhsilin keyfiyyəti, təhsilin təşkili və idarəedilməsi, təhsildə sosial-psixoloji problemlər və tədrisin müasir problemləri bölmələrində davam edib.
İki gün davam edəcək konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.



шаблоны для dle 11.2
Baxılıb: 102 Tarix: 18-04-2019, 14:04