Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk mərhələsi keçirilib

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) TEHSİLSHURASİ.AZ-a bildirilib ki, olimpiadada ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak ediblər.
Məktəbdaxili mərhələdə şagirdlər 90 dəqiqə ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bu kimi bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

шаблоны для dle 11.2
Baxılıb: 216 Tarix: 6-05-2019, 12:58