"Cəmiyyətin problemləri və təhsil" mövzusunda dəyirmi masa keçiriləcək

Son zamanlar cəmiyyətimiz insanları narahat edən, nəsillərimizin sağlamruhlu gələcəyini şübhə altına alan bir sıra ciddi problemlərlə üzləşir. Artıq problemlər Məktəbyaşlıların mühitini də öz məngənəsinə aldığından bu problemlərin səbəblərini araşdırmağa, onların çözüm yollarını tapmağa çalışmaq ziyalılarımızın vətəndaşlıq borcudur. Bu məqsədlə Təhsil Şurası İctimai Birliyi Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birgə "Cəmiyyətin problemləri və təhsil" mövzusunda dəyirmi masa təşkil edəcək. Problemlərin müzakirəsi zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin, İctimai Təşkilatların təmsilçilərinin, tanınmış pedaqoq və psixoloqarın, təcrübəli məktəb direktorlarının,  iştirakı nəzərdə tutulub.
Dəyirmi masa 17 may 2019-cu il tarixində, 12:00-da ADPK-nın Heydər Əliyev Lektoriyasında keçiriləcək.
шаблоны для dle 11.2
Baxılıb: 183 Tarix: 11-05-2019, 21:42