"Ali məktəbə qəbul zamanı üç meyara üstünlük verilsə daha yaxşı olar"
Təhsil Şurası İcimai Birliyinin İdarə Heyətinin sədri, professor Hikmət Əlizadə TEHSİLSHURASİ.AZ saytının suallarını cavablandırıb

Hikmət müəllim, cari ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli yenilənmişdir. Bu yenilik nədən ibarətdir?
Siz düz buyurursunuz, bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli təqdim edilmişdi.Həmin məlumata əsasən 11 illik təhsil bazasında buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. Şagirdlər 3 saat ərzində tədris dili ( Azərbaycan dili, rus), riyaziyyat və xarici dillər ( ingilis, alman, fransız, ərəb, fars) fənlərindən imtahan verəcək. Hər fənn üzrə maksimal bal 100 (ümumilikdə 300) olacaq.
Qəbul imtahanında isə maksimal bal 400 olacaq. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə (maksimal bal – 300+400=700 bal) əlavə olunacaq.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Siz bu modeli necə qiymətləndirirsiniz?
Təbii ki, bu model öz mütərəqqiliyi ilə sələfindən fərqlənir. Lakin o demək deyil ki, bu model qüsursuzdur. Fikrimizcə, 11 illik təhsil bazasında buraxılış imtahanlarının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi şəffaflığın qorunması baxımından çox məqsədəuyğundur. Amma sual olunur: Niyə yalnız tədris dili ( Azərbaycan dili, rus), riyaziyyat və xarici dillər ( ingilis, alman, fransız, ərəb, fars) fənlərindən? Fikrimizcə, 11 illik təhsil bazasında buraxılış imtahanlarının bütün fənlər üzrə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Əks təqdirdə, şagirdlər yekun qiymətləndirilmə (buraxılış) imtahanları zamanı yalnız imtahan verəcəkləri fənləri, qəbul imtahanı zamanı isə ixtisas qrupuna aid olan fənləri öyrənəcəklər. Buraxılış imtahanları zamanı bütün fənlərdən imtahanların həyata keçirilməsi nəticəsində hər bir fənn üzrə müvafiq bal toplaya bilər ki, həmin ballar qəbul imtahanı zamanı ixtisas qrupundan asılı olaraq toplanıb cəm çıxarıla bilər. Qəbul imtahanında isə fikrimizcə, artıq ayrı-ayrı fənlər üzrə imtahan keçirməyə lüzum qalmaz, burada ixtisas qrupundan asılı olaraq qabiliyyət imtahanın keçirilməsi daha məqsədəuyğundur. Unutmayaq ki, hər bir ixtisasa yiyələnmək üçün müəyyən qabiliyyət tələb olunur. Qabiliyyət imtahanları abituriyentin həmin ixtisas üçün yararlılıq dərəcəsinu üzə çıxara bilər.
Ali məktəblərə qəbul zamanı daha bir məsələni nəzərə almaq məqsədəuyğun olardı. Bu şagirdlərin təhsil aldığı müddətdə məktəbdənkənar fəaliyyətilə bağlı məsələdir. Belə ki, şagirdlərin olimpiadalarda, yarışlarda və digər tədbirlərdə əldə etdiyi sertifikatlara Dövlət İmtahan Mərkəzi tərəfindən əlavə balların verilməsi yaxşı olardı.
Belə məlum olur ki, Siz təkcə bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsini meyarı ilə kifayətlənmirsiniz. Bəs Sizin fikrinizcə, ali məktəbə qəbul zamanı hansı meyarlara üstünlük verilməlidir?
Fikrimizcə, ali məktəbə qəbul zamanı üç meyara üstünlük verilsə daha yaxşı olar:
1.Şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi;
2.Şagirdlərin qabiliyyətlərinin qiymətləndirilməsi;
3.Şagirdlərin məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsi.
Fikrimizcə, belə qiymətləndirmə şagirdin təlim fəaliyyətini daha geniş əhatə etmiş olardı.

Baxılıb: 275
Tarix: 14-05-2019, 10:57