Ali məktəblərə müsabiqədənkənar qəbul

Azərbaycan təhsil müəssisələrinə müsabiqədənkənar qəbulun həyata keçirilmə mexanizmi işə düşdü

 

Azərbaycanda 2018-ci il qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə atılan addımlarla yadda qaldı. Xüsusən, ötən dərs ilinin sonunda Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan  “Təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketi Milli Məclisdə qəbul edildi. Nəticədə sözügedən qanuna 62 düzəliş edildi. Bundan sonra təhsil sahəsində bir sıra qaydalarda ciddi dəyişikliklər həyata keçirildi. Artıq həmin dəyişikliklərin həyata keçirilməsi qaydaları da müəyyənləşməkdədir. Qanunda həyata keçirilən həmin dəyişikliklərlə bağlı Nazirlər Kabineti tətbiq ediləcək bir neçə qaydanı təsdiqlədi.

 

Bakalavrlar subbakalavr, subbakalavrlar isə bakalavr təhsili ala biləcək

 

Dəyişikliklərdən biri orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanları əhatə edir. Belə ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi ilə sözügedən təhsil pilləsinə tələbə qəbulunda yeni qaydalar icraya yönəldildi.

2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcək həmin qaydalara görə, artıq bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul ola biləcəklər.

Eləcə də, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

 

Bəs, qəbul olunmaq üçün onlar hansı proseduradan keçəcəklər?

 

Orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqəyə ümumi qaydada qatılırlar. Onlar ərizə ilə qəbul olunmaq istədikləri həmin təhsil müəssisələrinə müraciət edirlər.

Qaydaya görə, hətta ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.

Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə müsabiqə yolu ilə qəbul olunmasına isə bəzi şərtlər qoyulub. Əvvəla, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq hüququ subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxlərə şamil olunur.

Kollec məzunlarından müsabiqəyə qatılmaq üçün Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdiyi orta ixtisas təhsili müəssisəsindən alınmış orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənəd  (attestat) tələb edilir. Həmin sənədlərdə uyğunsuzluq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, o, müsabiqədə iştirak edə bilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir.

Bundan başqa, müəyyən edilən şərtlərə görə, subbakalavrın ali təhsil müəssisələrində seçdiyi ixtisas dili mütləq orta ixtisas təhsili pilləsində təhsil aldığı dilə uyğun olmalıdır. İxtisasların uyğunluğunu isə Dövlət İmtahan Mərkəzi (DİM) ilə razılaşdırmaqla, Təhsil Nazirliyi müəyyən edir.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər müsabiqədə eyni vaxtda iştirak edirlər. Subbakalavrlar müsabiqəyə Mərkəzin Nazirliklə razılaşdırılmaqla, müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı əsasında qatılırlar. Ancaq onlar üçün bu proses qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra başlayır.

Qeyd edək ki, subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan vermədən iştirak etməsi onu DİM tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir. Ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etməməsi isə subbakalavr üçün maneələr yaradır. Belə ki, seçdiyi ixtisas üzrə minimum keçid balı ilə müsabiqəyə qatılan subbakalavr orta müvəffəqiyyət göstəricisindən asılı olmayaraq, qəbul imtahanında iştirak edərək eyni balı toplayan abituriyentlə rəqabətdən “məğlub” çıxır. Çünki mövcud yerlərə öncə abituriyent yerləşdirilir. Amma iki subbakalavr arasında eyni ixtisas üzrə rəqabət yaranarsa, bu zaman orta ixtisas təhsili müəssisələrindən alınan orta müvəffəqiyyət göstəricisi nəzərə alınır. Yəni, subbakalavrın təhsil aldığı orta ixtisas təhsili müəssisəsindən verilən orta müvəffəqiyyət göstəricisi ona subbakalavrla rəqabətdə üstünlük qazandırır.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar isə DİM-in təşkil etdiyi qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edirlər.

 

Köçürülmə

 

Maraqlı dəyişikliklərdən biri də ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsini mümkün edir. Burada mütləq eyni ixtisas qrupu daxilində köçürülmə aparılır. Yəni, ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslər orta ixtisas təhsili müəssisəsinə köçürülərkən, onların qəbul olunduqları və köçürüldükləri ixtisaslar eyni ixtisas qrupunda olmalıdır.

Xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında köçürülməsi mümkündür.

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə Təhsil Nazirliyi baxır.

Xarici ölkədə qiyabi (distant) təhsil alan və ya fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə, ümumiyyətlə,  yol verilmir. Ancaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürülməsi bu qaydalarla tənzimlənir.

Qeyd edək ki, dövlət orqanlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsi məsələsinə baxılan zaman həmin dövlət orqanlarının (qurumlarının) razılığı da tələb olunur.

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

 

Beynəlxalq təhsil proqramları üzrə oxuyanlar da Azərbaycan universitetlərində təhsil ala biləcəklər

 

Nazirlər Kabineti bu həftə həm də “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ni təsdiq edib. Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

Qəbul ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verəcəklər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balını Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM müəyyən edəcək. Keçid balı müəyyənləşdirilərkən ixtisaslar üzrə keçid ballarının minimum və maksimum hədləri əsas götürüləcək.

Şərtlərə görə, adıçəkilən 3 beynəlxalq təhsil proqramı üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə aparılacaq. Belə ki, abituriyentlərin həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınacaq.

Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür. (Cədvəl.)

Bu həftə ərzində təsdiq edilən “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda müəyyən qrupa ali təhsil müəssisələrində müsabiqədənkənar təhsil almaq hüququ verilir. Belə ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdirilir. Qaydaya görə, Azərbaycanda beynəlxalq və respublika fənn olimpiadasının qaliblərinə tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qaliblərinə isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ verilib.

Beynəlxalq fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu “Təhsil haqqında” Qanuna uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilmiş bütün ixtisaslar üzrə aparılır.

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika üzrə respublika fənn olimpiadaları qalibləri isə ölkədəki ali təhsil müəssisələrində 84 ixtisasa müsabiqədənkənar qəbul olunacaqlar:

 

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı

 

Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; məktəbəqədər təlim və tərbiyə; ibtidai sinif müəllimliyi; korreksiyaedici təlim; filologiya (dil və ədəbiyyat göstərilməklə); jurnalistika; Kitabşünaslıq

 

Tarix fənni üzrə:

 

Tarix; tarix müəllimliyi; tarix və coğrafiya müəllimliyi, antropologiya, politologiya;  fəlsəfə; kitabşünaslıq; sosiologiya; muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

 

Coğrafiya fənni üzrə:

 

Coğrafiya; coğrafiya müəllimliyi; tarix və coğrafiya müəllimliyi; regionşünaslıq (regionlar üzrə); ekologiya; hidrometeorologiya;

 

Riyaziyyat fənni üzrə:

 

riyaziyyat; riyaziyyat müəllimliyi; riyaziyyat və informatika müəllimliyi; mexanika; kompüter elmləri; kompüter mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi; enerji maşınqayırma mühəndisliyi; maşın mühəndisliyi; geofizika mühəndisliyi; neft-qaz qurğuları mühəndisliyi; elektroenergetika mühəndisliyi; istilik energetikası mühəndisliyi; avianəqliyyat istehsalatının təşkili mühəndisliyi; aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; gəmiqayırma və gəmi təmiri mühəndisliyi; yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; cihazqayırma mühəndisliyi; texnoloji maşın və avadanlıqlar mühəndisliyi; elektrik mühəndisliyi;  elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi; mexanika mühəndisliyi; kompüter mühəndisliyi; informasiya texnologiyaları və sistemləri mühəndisliyi; inşaat mühəndisliyi; nəqliyyat tikintisi mühəndisliyi; tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi; statistika;

 

Fizika fənni üzrə:

 

Fizika; fizika müəllimliyi; mexanika; geofizika mühəndisliyi; elektroenergetika mühəndisliyi; elektrik mühəndisliyi; materialşünaslıq mühəndisliyi;

 

Kimya fənni üzrə:

 

kimya; kimya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; qida məhsulları mühəndisliyi;

 

Biologiya fənni üzrə:

 

biologiya; biologiya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; balıqçılıq və balıqçılıq təsərrüfatı işi; su bioehtiyatları və akvabitkilər; bitki mühafizəsi; aqronomluq; zootexniklik; baytarlıq; psixologiya; qida məhsulları mühəndisliyi;

 

İnformatika fənni üzrə:

 

riyaziyyat və informatika müəllimliyi;  informatika müəllimliyi; kompüter elmləri; kompüter mühəndisliyi; proseslərin avtomatlaşdırılması mühəndisliyi; informasiya texnologiyaları; sistem mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi.

Bəs, beynəlxalq olimpiada, müsabiqə və yarışların qalibləri hansı ixtisaslara müsabiqədənkənar qəbul ediləcəklər?

Qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək beynəlxalq müsabiqələrin və yarışların siyahısı:

 

Beynəlxalq fənn olimpiadaları

 

- Beynəlxalq riyaziyyat olimpiadası (IMO);

- Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);

- Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);

- Beynəlxalq fizika olimpiadası (IPHO);

- Avropa fizika olimpiadası (EUPHO);

-  Asiya fizika olimpiadası (APHO);

- Beynəlxalq kimya olimpiadası (ICHO);

- Beynəlxalq Mendeleyev kimya olimpiadası;

-  Beynəlxalq biologiya olimpiadası (IBO);

- Beynəlxalq informatika olimpiadası (IOI).

 

Beynəlxalq müsabiqələrin və yarışların siyahısı

 

- Olimpiya oyunları;

- Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

- Olimpiya idman növləri üzrə Avropa  çempionatı və birincilikləri;

-  Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

-  Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;

- Yeniyetmələrin yay olimpiya oyunları;

- Avropa oyunları;

- İslam Həmrəyliyi oyunları;

- “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);

- Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);

- M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

- Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);

- “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);

- Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

- Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);

- Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);

- Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

- Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

- Caz musiqi festivalı (Montre, İsveçrə);

- “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan);

- Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

- “Eurovision” estrada mahnı müsabiqəsi;

- Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

- Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);

- Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);

- Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);

- Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);

- Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);

- Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);

- Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);

- Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);

- Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);

- “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan)

 

Adıçəkilən beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

 

Olimpiya oyunları üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

Avropa oyunları üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

 

İslam Həmrəyliyi oyunları üzrə qaliblər:

 

fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə)

 

“Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər - solo oxuma (xanəndə)

 

Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər

 

solo oxuma (akademik vokal)

 

M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər

 

solo oxuma (akademik vokal); estrada sənəti;

 

Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər:

 

xoreoqrafiya sənəti (sahələr üzrə); rəqs müəllimliyi

 

“Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblər:

 

instrumental ifaçılıq (simli)

 

Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər:

 

instrumental ifaçılıq (fortepiano)

 

Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (Stara Zaqora, Bolqarıstan) qaliblər:

 

instrumental ifaçılıq (nəfəs alətləri)

 

Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblər:

 

instrumental ifaçılıq (simli)

 

Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:

 

solo oxuma (akademik vokal); instrumental ifaçılıq

 

Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər:

 

solo oxuma (akademik vokal)

 

Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri:

 

estrada sənəti üzrə

 

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblər:

 

estrada sənəti; xalq çalğı alətləri ifaçılığı; instrumental ifaçılıq (simli və nəfəs alətləri)

 

Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər:

 

xoreoqrafiya sənəti (sahələr üzrə); rəqs müəllimliyi

 

“Eurovision” estrada mahnı müsabiqəsi üzrə qaliblər:

 

estrada sənəti

 

Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər:

 

instrumental ifaçılıq (simli)

 

Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblər:

 

instrumental ifaçılıq (fortepiano)

Pianoçuların Friderik Şopen adına

beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblər:

 instrumental ifaçılıq (fortepiano)

 

Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblər:

 

 instrumental ifaçılıq (simli)

 

Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblər:

 

 instrumental ifaçılıq (simli);

 

Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblər:

 

instrumental ifaçılıq (simli);

 

Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblər:

 

instrumental ifaçılıq (simli):

 

Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblər:

 

instrumental ifaçılıq (simli);

Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblər:

solo oxuma (akademik vokal); instrumental ifaçılıq (fortepiano, simli)

 

Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblər:

 

instrumental ifaçılıq (fortepiano)

“Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qalibləri:

solo oxuma (xanəndə); xalq çalğı alətləri ifaçılığı

шаблоны для dle 11.2
Baxılıb: 579 Tarix: 25-05-2019, 09:52