Rektorlara beynəlxalq reytinqin ölkə universitetləri üçün inkişaf imkanları açıqlanıb

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən TEHSİLSHURASİ.AZ-a bildirilib ki, tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, ali təhsil müəssisələrinin rektorları, nazirliyin nümayəndələri iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, tədbirdə QS reytinqi üzrə ölkə universitetlərinin inkişaf imkanları açıqlanacaq. Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu deyən rektor UNEC-in son illər bu istiqamətdə böyük uğurlar əldə etdiyinə diqqətə çatdırıb. Ə.Muradov strateji hədəflərə nail olmaq bu sahədə işlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Zoya Zaitseva iştirakçılara universitetlərin QS reytinq cədvəlində yer almasının meyarlarını da açıqlayıb. O, QS reytinq siyahısına daxil olunması üçün vacib müraciət formaları və şərtlər haqqında ətraflı məlumat verib. Bildirib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının səmərəliliyinə görə müəyyənləşdirilir.
Əksər ölkələrdə universitetlərin beynəlxalq reytinqinin onların elmi fəaliyyəti, təhsili və beynəlmiləlləşməsi ilə ölçüldüyünü deyən Z.Zaitseva, QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib. O, UNEC-in QS reytinqində işəgötürənlərin verdiyi səs sayına görə yalnız Azərbaycanda deyil, eləcə də regionda lider olduğunu bildirib.
Təqdimatdan sonra qonaqların sualları cavablandırılıb.
Tədbir Azərbaycan universitetlərinin məsul şəxsləri üçün "Beynəlxalq nüfuzun artırılması: Elektron təmsil, tədbirlər və tərəfdaşlıq əlaqələrinin idarə edilməsi" mövzusunda seminarla davam edib.шаблоны для dle 11.2
Baxılıb: 139 Tarix: 31-05-2019, 10:35