BİLİK YARIŞINDA UĞUR QAZANAN ŞAGİRDLƏR MÜKAFATLANDIRILIB

01.06.2019-cu il tarixində EDUGrata təhsil mərkəzi Binəqədi rayonu İcra Hakimiyyəti ilə birlikdə 1 iyun Beynəlxalq Uşaqların Müdafiə günü ilə əlaqədar çox maraqlı tədbir təşkil etmişdir.Tədbirdə EDUGrata təhsil mərkəzinin rəhbərliyi, Binəqədi rayonu İH-nin nümayəndəsi, Azərbaycan Təhsil Şurasının nümayəndələri, eləcə də digər dəvətli qonaqlar iştirak etmişdir.
Tədbir zamanı EDUGrata təhsil mərkəzinin 26 mayda təşkil etdiyi bilik yarışında uğur qazanan şagirdlərə sertifikatlar, müxtəlif hədiyyələr təqdim edilmişdir. Eyni zamanda bilik yarışında göstərdiyi nəticəyə uyğun olaraq OYAL mağazalarında alış-veriş zamanı endirimlər nəzərdə tutulmuş güzəşt kuponları da təqdim edilmişdir.
Aparıcı, EDUGrata təhsil mərkəzinin müəllimi Turan Həsənli tədbiri açıq elan edərək, sözü Binəqədi rayonu İH-nin nümayəndəsi İlqar müəllimə verdi. İlqar müəllim tədbir işirakçılarını salamladı, bu kimi layihələrin əhəmiyyətini qeyd etdi, müsabiqədə uğur qazanmış bütün şagirdləri təbrik etdi. Daha sonra I sinif üzrə yüksək nəticə göstərmiş şagirdlər mükafatlandırıldı.
II siniflər üzrə uğur qazanmış şagirdləri təbrik etmək üçün söz Azərbaycan Təhsil Şurasının sədr müavini Ülviyyə Əjdərqızına verildi. Ülviyyə xanım Təhsil Şurası İctimai Birliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamladı. Öz çıxışında bu kimi tədbirlərin keçirilməsinin vacibliyini, əhəmiyyətinin qeyd etdi. Bildirdi ki, Təhsil Şurası daim belə tədbirlərdə iştirak etməyə xüsusi önəm verir və həmişə EDUGrata ilə birlikdə olmağa hazırdır. Ardınca Ülviyyə xanım Əjdərqızı II siniflər üzrə uğur qazanmış şagirdlərə sertifikat və hədiyyələrini təqdim etdi.
Bilik yarışmasında siniflər üzrə uğur qazanmış şagirdlərin hər biri sertifikat və hədiyyələrlə təltif edildi. Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Bu zaman 1 saylı uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri maraqlı rəqs nömrələrilə çıxış etdilər, dəvət edilmiş rəssam şagirdlərə master-klass keçdi, eyni zamanda şagirdlər də öz rəssamlıq qabiliyyətlərini göstərdilər.
Sonda xatirə şəkli çəkildi.


TEHSİLSHURASİ.AZшаблоны для dle 11.2
Baxılıb: 123 Tarix: 3-06-2019, 09:26