“Təlim prosesində vətəndaşlıq tərbiyəsi” mövzusunda seminar uğurla başa çatdırıldı

   8 iyun 2019-cu il tarixində Təhsil Şurası İctimai Birliyinin üzvləri üçün təşkil etdiyi “Təlim prosesində vətəndaşlıq tərbiyəsi” mövzusunda seminar uğurla  başa çatdırıldı. Seminarda iştirak edən Şura üzvləri vətəndaşlıq tərbiyəsinin təlim prosesində necə tətbiqi yolları haqqında maraqlı məruzələr dinləyib, öz təcrübələrindən misallar gətirərərək müzakirələrə qoşuldular.Seminarı Şuranın sədri, professor Hikmət Əlizadə giriş sözü ilə Azərbaycanın qürur duyulacaq tarixi şəxsiyyətlərindən, təhsilimizin bu gün qarşıya qoyduğu əsas məqsəd hədəflərindən bəhs etdi. Vətəndaşlığın nümunə olaraq təlqininin daha əhəmiyyətli olmasından söhbət açdı.
Seminarın əsas məruzəçiləri Təhsil Şurası İdarə Heyətinin üzvü, əməkdar müəllim Həqiqə xanım Məmmədova “Qeyri humanitar fənlərinin tədrisi zamanı vətəndaşlıq tərbiyəsinin tətbiqi yolları”, 202 nömrəli məktəbin müəllimi, Şura üzvü Gülşən Hüseynova “Vətəndaşlıq tərbiyəsinin formalaşdırılmasında bədii ədəbiyyatın rolu” mövzusunda çıxış etdilər.
  Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə müəllimlərin müzakirədə fəal iştirakını təmin etdi. Müzakirələrdə Şura üzvlərindən 221 nömrəli məktəbin müəllimi İlahə Həmidova, EDUGrata Təhsil Mərkəzinin direktoru Cəlal Cümşüdi, Siyəzən şəhər 1 nömrəli məktəbin müəllimi Fidan Əhmədova, 210 nömrəli tam orta məktəbin müəllimi Səkinə Hüseynova, Şura üzvü Turan Həsənli maraqlı çıxışlar etdilər.
221 nömrəli orta məktəbin I D sinif şagirdlərinin təqdim etdikləri səhnəcik seminarı daha da maraqlı etdi.
Seminarda Təshil Şurası İdarə Heyəti üzvlərindən Sevinc Rəsulova, Ofeliya Arazova, Ülviyyə İbrahimova, Sevda Axundova, Kəmalə Qədirova, Ceyran Novruzova, İlhamə Rəsulova və TEHSİLSHURASİ.AZ saytının rəhbəri Arif Gürşadoğlu iştirak edirilər.
Seminarda qonaq qismində  BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Samirə xanım Bektaşi və EDUGrata təhsil mərkəzinin direktoru Cəlal Cümşüdi iştirak edirdilər. Təhsil Şurası İctimai Birliyi adından bizə göstərdiyi diqqətə və qayğıya görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinə, mənəvi və maddi dəstəyə görə 6 nömrəli məktəbin və EDUGrata Təhsil Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Sonda hər bir iştirakçıya sertifikatlar təqdim olundu.










TEHSİLSHURASİ.AZшаблоны для dle 11.2
Baxılıb: 371 Tarix: 9-06-2019, 11:37