İxtisas seçimində nələri bilməliyik?

Bildiyiniz kimi bu gün 2-ci və 3-cü ixtisas qrupu üzrə nəticələr elan olundu. Bununla da bütün qruplar üzrə nəticə emalı prosesi sona çatdı.Uzun illərdən sonra 700 bal ( maksimum nəticə) əldə edən şagird olmadı. Ötən  ilin 1-ci və 4-cü qrupu üzrə nəticələrlə bu ilin nəticələrini müqayisə edək.

I ixtisas qrupu üzrə

690 - 700 arası bal toplayan abituriyent - 1 nəfər (2018-ci ildə 56 nəfər)

680 - 689 arası bal toplayan abituriyentlər - 14 nəfər ( 2018-ci ildə 52 nəfər)

670 - 679 arası bal toplayan abituriyentlər - 29 nəfər ( 2018-ci ildə 63 nəfər)

660 - 669 arası bal toplayan abituriyentlər - 46 nəfər ( 2018-ci ildə 86 nəfər)

650 - 659 arası bal toplayan abituriyentlər - 53 nəfər ( 2018-ci ildə 112 nəfər)

Ümumilikdə, I ixtisas qrupu üzrə
650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər (2018-ci ildə 369 nəfər),

600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər ( 2018-ci ildə 880 nəfər),

500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər (2018-ci ildə 2312 nəfər),

400-dən çox bal toplayan abituriyentlərin sayı 3939 nəfərdir (2018-ci ildə 4486 nəfər).

IV ixtisas qrupu üzrə
690 - 700 arası bal toplayan abituriyentlər - 3 nəfər ( 2018-ci ildə 35 nəfər)

680 - 689 arası bal toplayan abituriyentlər - 11 nəfər ( 2018-ci ildə 58 nəfər)

670 - 679 arası bal toplayan abituriyentlər- 22 nəfər ( 2018-ci ildə 74 nəfər)

660-669 arası bal toplayan abituriyentlər - 26 nəfər ( 2018-ci ildə 81 nəfər)

650-659 arası bal toplayan abituriyentlər - 39 nəfər ( 2018-ci ildə 81 nəfər)

Ümumilikdə, IV ixtisas qrupu üzrə
650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər (2018-ci ildə 329 nəfər),

600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər ( 2018-ci ildə 743 nəfər),

500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər ( 2018-ci ildə 1591 nəfər),

400-dən çox bal toplayan abituriyentlərin sayı 1831 nəfərdir ( 2018-ci ildə 2283 nəfər).

Yuxarıdakı müqayisədən açıq-aşkar şəkildə görsənir ki, 400 baldan yüksək nəticə göstərənlər əvvəlki illərdən kəskin şəkildə fərqlənir (azalıb). Bu da bizə l və lV qrup üzrə keçid balları aşağı düşəcək deməyə imkan yaradır.

    İxtisas seçimi 24 iyul - 6 avqust aralığında baş tutacaqdır.
 Şagirdlər və valideyinlər ixtisas seçimində nələrə diqqət etməlidir.

  İxtisas seçərkən diqqət edəcəyiniz məsələlər:

1) İxtisasın adına yox, həmin ixtisasda nə öyrənə biləcəyinizi və ya nə öyrətdiklərinə baxın.

2) İxtisasın inkişaf dinamikasını müəyyən etmək çox əhəmiyyətlidir. Azərbaycanda və dünyada həmin ixtisasla hansı işləri görmək olar.

3)  Yaxın qohumunuz-əmiqızınız, dayıoğlunuz o ixtisası seçib deyə, sizdə onu seçmək məcburiyyətində deyilsiniz. Hər kəsin bacarıqlı və üstün olduğu sahələr var.

4) Bütün bu araşdırmaları etdikdən sonra, sizə uyğun ixtisasların konkret adını tapırsınız və keçid balını təxmini olaraq müəyyənləşdirirsiniz. Bunun üçün hər bir vəsait DİM tərəfindən buraxılıb.

5) Məsləhətləşmək, karyeranı planlamaq artıq bir işdir. Buna çox ciddi yanaşın. Gələcəyinizi domino masalarında satmayın.


İxtisas seçimi ilə bağlı məsləhət almaq istəyənlər aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilər.

077-225-29-01
055-485-44-43шаблоны для dle 11.2
Baxılıb: 752 Tarix: 19-07-2019, 23:21