Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşdirilib

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müvafiq keçid balı müəyyənləşdirilib.TEHSILSHURASI.AZ AZƏRTAC-a istinadən bildirir ki, musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.
Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.
Müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə tezliklə məlumat veriləcək.шаблоны для dle 11.2
Baxılıb: 252 Tarix: 5-08-2019, 18:26