Məcburi köçkünlər Azərbaycan Respublikasının Vətəndaşı deyilmi?

Məcburi köçkün rayonlarından çoxsaylı müraciətləri nəzərə alaraq, qaldırılan problemi işıqlandırmağı məqəsədəuyğun bildik. Belə ki, övladlarını məcburi köçkün məktəblərinə qeydiyyata saldırmaq istəyən valideynlər çətinliklərlə, anlaşılmazlıqlarla qarşılaşıblar.

Onlara bildirilib ki, valideynlər yerli rayonda yaradılmış alternativ qeydiyyat mərkəzinə getməlidir. Qeydiyyat orada aparılır.
Belə də isə haqlı bir sual yaranır- niyə? Məcburi köçkünlər Azərbaycan Respublikasının Vətəndaşı deyilmi?
Bütün ölkə ərazisində qəbulu elektron ediblər ki, vətəndaşların işi rahat və daha tez olsun. Bu necə rahatçılıqdır? Ağır güzəran keçirən məcburi köçkünlər uzaq məsafə qət edərək, dövlətin verdiyi yemək xərcinin bir hissəsini də yol xərci etməlidir. Digər bir tərəfdən də buu ayriseçkilikdir, yerli rayon məktəblərinə uşaq yazdırmaq üçün (mektebeqebul.edu.az) saytına daxil olub rahatça bu prosesi həyata keçirmək olur. Bu çox sadə bir əməliyyatdır, hər bir valideyin bunu evdə edə bilər. Amma qeydiyyatdan keçmək istəyəndə Rayon Təhsil Şöbələri seçilməlidir. RTŞ-nin siyahısında isə məcburi köçkün rayonlarının RTŞ-nin adları yoxdur.
Biz Məcburi Köçkün valideynləri cənab nazir Ceyhun Bayramovdan xahiş edirik ki, bu işdə biz məcburi köçkünlərə kömək etsin.

шаблоны для dle 11.2
Baxılıb: 343 Tarix: 2-09-2019, 23:36