SƏNSİZ BİR İL...

Təhsil Şurasının təsisçisi və ilk sədri, professor Əjdər Ağayevin doğum günündən 82 il ötür.
İctimai fəaliyyətinin əsas hissəsini Təhsil Şurasına, onun inkişafına həsr etmiş görkəmli elm xadimi, Azərbaycan təhsilinin əsas sütunlarından biri Əjdər Ağayevin bu gün 82 yaşı tamam olardı. Təəssüf ki, biz onu- ömrünün payızında da olsa, bahar arzulu ürəyini itirdik. Bu gün Əjdər müəllimin yoxluğunu bütün təhsil cəmiyyəti hiss edir. Amma təskinliyimiz odur ki, Əjdər müəllimin təhsildə qoyduğu iz, açdığı yol davamlıdır və biz Təhsil Şurası olaraq bu yolda yürüyəcək, Əjdər müəllimin ənənələrini davam etdirməyə çalışacağıq.
Allah sənə rəhmət eləsin, Əjdər müəllim!шаблоны для dle 11.2
Baxılıb: 227 Tarix: 10-10-2019, 20:28