Respublika Təhsil Şurasının İdarə Heyətinin üzvləri ilə Neftçala rayonu ziyalılarının görüşü keçiriləcək

Respublika Təhsil Şurası yarandığı gündən Azərbaycan Təhsilinin inkişafına xidmət edir. Zaman-zaman TŞ-nin verdiyi təkliflər, etdiyi təşəbbüslər daima hörmətlə qarşılanmış və böyük əksəriyyəti Təhsil Nazirliyi, eləcə də digər qurumlar tərəfindən nəzərə alınmışdır. Bu ənənənin əsası Təhsil Şurasının təsisçisi və ilk sədri mərhum professor Əjdər Ağayev tərəfindən qoyulmuş, bu gün də davam etdirilir. 
Əjdər müəllimin maraqlı layihələrindən biri də daim sevə-sevə hazırlaşdığı bölgələrdəki ziyalılarla görüşlərin keçirilməsi idi. Bu gün də Təhsil Şurasının kollektivi bu ənənələrə sadiqdir və Əjdər müəllimin yolu ilə getməkdədir.
TEHSİLSHURASİ.AZ xəbər verir ki, 26 oktyabr 2019-cu il tarixində Respublika Təhsil Şurasının İdarə Heyətinin üzvlərinin Neftçala rayonunun ziyalıları ilə görüşü nəzərdə tutulub. Görüş Neftçala rayonu 1 saylı tam orta məktəbdə keçiriləcəkdir. Təşəbbüsümüzü dəstəklədiklərinə görə müvafiq qurumlara təşəkkürümüzü bildiririk.


RESPUBLİKA TƏHSİL ŞURASI
шаблоны для dle 11.2
Baxılıb: 106 Tarix: 24-10-2019, 09:57