Təhsil Şurası İB İdarə Heyəti üzvlərinin Neftçala rayon ziyalıları ilə görüşü keçirilmişdir

Oktyabrın 26-da Təhsil Şurası İB İdarə Heyəti üzvlərinin Neftçala rayon ziyalıları ilə görüşü baş tutdu. 
TEHSİLSHURASİ.AZ xəbər verir ki, görüşdə Neftçala rayonunun məktəb direktorları  və tanınmış ziyalıları iştirak edirdilər. Təhsil Şurasının sədri, pedagogika elmləri doktoru, professor  Hikmət Əlizadə, Təhsil Şurası İH üzvləri professor Nazim Kazımov, professor Hümeyir Əhmədov, Əməkdar müəllim Akif Orucov, sədr müavini, Əməkdar müəllim Həqiqə Məmmədova, Ofeliya Arazova, təşkilati işlər üzrə sədr müavini, dosent Ülviyyə Əjdər qızı, TŞ İB nəzdində“Fidan” pedaqoji-psixoloji mərkəzin rəhbəri İlhamə Əjdər qızı, TŞ İB NTK sədri Arif İbrahimov Təhsil Şurası İB-ni təmsil edərək Təhsil Şurasının  təsisçisi və ilk sədri professor Əjdər Ağayevin dəsti-xəttinin davam etdiriləcəyindən söhbət açaraq Neftçala ziyalıları ilə səmimi söhbətlər etdilər. Tədbirdə Təhsil Şurasının dəvəti ilə Azərbaycan pedaqoji mühitinin görkəmli tədqiqatçılarından professor Fərrux Rüstəmov, professor Ramiz Əliyev, professor Müseyib İlyasov, professor İntiqam Cəbrayılov, professor Vidadi Orucov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Biləsuvar Regional Mədəniyət İdarəsinin baş məsləhətçisi Elmira Kazımova iştirak edirdilər. Görüş Əjdər Ağayevin vətənində və oktyabr ayında keçirildiyindən tədbirin əsas mərhələsi Əjdər Ağayevin yaradıcılığına və onun haqqında xatirələrə həsr edilmişdi. Görüşün təşkil edilməsində xüsusi əməyi olan Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Təhsil Şurasının üzvü, Xol Qaraqaşlı kənd orta məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Neftçala şəhər 1 nömrəli məktəbin direktoru Ülviyyə Abdullayeva, Neftçala şəhər İncəsənət məktəbinin müəllim və şagird heyəti Təhsil Şurası İB-nin təşəkkürnamələri ilə təltif edildilər. Professor Əjdər Ağayevin yaradıcılığından hissələri tamaşaçılara çatdıran bütün şagirdlərə Təhsil Şurası tərəfindən Əjdər Ağayevin kitabları və “Çinar” yayımlarının hədiyyələri təqdim edildi. Məktəb kitabxanasına da professor Əjdər Ağayevin seçilmiş əsərləri hədiyyə edildi. Görüş çox səmimi ortamda davam etdi.
Təhsil Şurası İB adından Neftçala ziyalıları ilə bu görüşün yüksək səviyyədə təşkili və səmimi qəlbdən iştirakı üçün ADPU-nun Tədris departamentinin müdir müavini, ümumi pedaqoqika kafedrasının dosenti Ənvər İmanova dərin təşkkürümüzü bildiririk.













шаблоны для dle 11.2
Baxılıb: 146 Tarix: 28-10-2019, 11:06