BMU-da Bayraq gününə həsr olunmuş "Bayraq mənliyimdir..." adlı aksiya keçirilib

TEHSİLSHURASİ.AZ xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) "Ümumi fənlər" kafedrasının baş müəllimi Arif İbrahimov İqtisadiyyat və İdaretmə fakültəsinin "Dünya iqtisadiyyatı" ixtisasında təhsil alan II kurs tələbələrilə birlikdə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə aksiya təşkil ediblər. Aksiya çərçivəsində tələbələr universitetin rektoru, professor Havar Məmmədovla görüşüblər.
    Professor H. Məmmədov belə bir aksiyaya görə tələbələrə təşəkkürünü bildirib. O, ötən gün Dövlət Bayrağı Günü münasibətilə universitetdə təntənəli tədbirin təşkil olunduğunu xatırladıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi bayrağımızın qürur mənbəyimiz olduğunu söyləyən H.Məmmədov hazırda dünyanın 70-ə qədər ölkəsində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və səfirliklərdə Azərbaycan bayrağının dalğalandığını diqqətə çatdırıb. Rektor bu günün önəmindən danışaraq, gənclərə tövsiyələrini verib.
    Aksiyada BMU-nun rektoruna, prorektorlara, İqtisadiyyat və idaretmə fakültəsinin dekanlığına, eləcə də kafedralara rəmzi olaraq Azərbaycanın Dövlət Bayrağı hədiyyə olunub.
  Qeyd edək ki, aksiya çərçivəsində tələbələr Bayraq Günü ilə bağlı buklet hazırlayıblar. Bukletdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın yaranması, tarixi və Bayraq Gününün təsis olunması ilə əlaqədar faktlar öz əksini tapıb.




шаблоны для dle 11.2
Baxılıb: 236 Tarix: 12-11-2019, 13:17