Təhsil Şurası İctimai Birliyinin növbəti görüşü Sabunçu müəllimləri ilə olmuşdur

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvləri 16 noyabr 2019-cu il tarixində Sabunçu rayonunda yerləşən bir sıra məktəblərin müəllim kollektivi ilə görüşmüşlər.Görüş 9 noyabr Dövlət Bayrağı günü, 12 noyabr Konstitusiya günü, eləcə də 17 noyabr Milli Dirçəliş gününə həsr edilmişdir.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi, eləcə də Təhsil Şurası İdarə Heyətinin üzvləri iştirak etmişlər. Sabunçu rayonu 252 saylı tam orta məktəbdə keçirilmişdir və 72, 74, 67, 80, 94, 96, 142, 148, 196 və 271 saylı məktəblərin kollektivləri də iştirak etmişdir.
Təhsil Şurası İdarə Heyətinin sədri, professor Hikmət Əlizadə görüş iştirakçıları üçün 30 dəqiqəlik təlim keçmişdir. Dövlətimizin təhsil sahəsində qarşıya qoyduğu bir sıra prinsiplər, o cümlədən vətəndaşlıq tərbiyəsinin təlim prosesində yeri və müasir təlim konsepsiyaları təlimin əsas ana xətti olmuşdur.
Daha sonra müəllimlərin maraqlı sualları cavablandırılmışdır.
Sonda Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə görüşün yüksək səviyyədə təşkilinə görə İdarə Heyətinin üzvü Ofeliya xanım Arazovaya təşəkkür etmişdir.










шаблоны для dle 11.2
Baxılıb: 387 Tarix: 18-11-2019, 10:42