Respublika Təhsil Şurası İdarə Heyətinin üzvləri İsmayıllı müəllimləri ilə görüşdülər

30 noyabr 2019-cu il tarixində illik fəaliyyət planına uyğun olaraq Təhsil Şurası ictimai birliyi İdarə Heyəti üzvlərinin İsmayıllı rayonunun müəllimləri, eləcə də TŞ-nin İsmayıllıdan olan üzvləri ilə görüşü baş tutmuşdur.
Görüşü giriş sözü ilə İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov açaraq qonaqları salamladı və İsmayıllı rayonunun təhsil sahəsindəki uğurları haqqında ətraflı məlumat verdi. Daha sonra qonaqları tədbir iştirakçılarına təqdim edərək, sözü Təhsil Şurası İdarə Heyətinin sədri, professor Hikmət Əlizadəyə verdi.
Hikmət müəllim ilk olaraq qonaqpərvərliyə görə rayon rəhbərliyinə, görüş iştirakçılarına təşəkkür etdi. O, məlumat verdi ki, görüş iki hissədən ibarət olacaq. Əvvəlcə TŞ İH üzvlərilə tanışlıq, ardınca isə professor Hikmət Əlizadənin “Təhsil konsepsiyaları: Ənənə, müasirlik və perspektivlər” mövzusunda seminarın təqdimatı olacaq.
Daha sonra TŞ İH-nin üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati və inzibati işlər üzrə prorektoru Şaiq Əsgərov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov çıxış edərək Təhsil Şurasının fəaliyyəti haqqında geniş məlumat verdilər.
Görüşün ikinci hissəsində TŞ İH-nin sədri, professor Hikmət Əlizadənin “Təhsil konsepsiyaları: Ənənə, müasirlik və perspektivlər” mövzusunda seminarı müəllimlər tərəfindən çox böyük maraqla qarşılandı.
Ardınca TŞ İH-nin üzvləri tədbir iştırakçılarının suallarını cavablandırdılar.
Sonda xatirə şəkli çəkildi.



шаблоны для dle 11.2
Baxılıb: 32 Tarix: 3-12-2019, 11:44