20 Yanvara həsr olunmuş xüsusi dərslər

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nına əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.

Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində  təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər. 

шаблоны для dle 11.2
Baxılıb: 138 Tarix: 8-01-2020, 10:30