“Təhsil reseptləri”nin və Təhsilin İnkişafı üzrə Yol Xəritəsinin hazırlanması məqsədilə görüş-müzakirə keçirilib

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai birliyinin Mərkəzi ofisində təhsil ekspertlərinin iştirakı ilə müasir təhsilin problemləri üzrə “təhsil reseptləri”nin və Təhsilin İnkişafı üzrə Yol Xəritəsinin hazırlanması məqsədilə görüş-müzakirə keçirilmişdir.

TEHSİLSHURASİ.AZ xəbər verir ki, görüşdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, Şuranın sədr müavini, AVMA Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, AVMA İB Ağsaqqallar Şurasının sədri, təhsil eksperti Məhəmməd Bayramli, AVMA İB icraçı direktorunun müşaviri, təhsil eksperti Nisə Cəlilzadə, təhsil eksperti Nabatəli Qulamoglu, təhsil mütəxəssisi Elşən Qafarov, mektebgushesi.az saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli iştirak etmişlər. Görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə mühüm problemlər müzakirə edilmiş, təkliflər paketi irəli sürülmüşdür.

Müzakirələrin nəticələri üzrə müvafiq proqram və layihələr hazırlanacaq, təkliflər paketi ictimaiyyətin diqqətinə çatdırılacaq, müvafiq dövlət orqanlarına təqdim olunacaqdır.

шаблоны для dle 11.2
Baxılıb: 49 Tarix: 2-03-2020, 11:04