Nardarandakı 295 nömrəli tam orta məktəb müasir səviyyədə yenidən qurulub

 
 Prezident İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə də əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Dilarə Cəbrayılova yaradılan şərait barədə ölkə rəhbərinə məlumat verib.
Bildirilib ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin sərən­camına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur.
   Qeyd edək ki, əsaslı şəkildə təmir olunmuş məktəblər yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib, təhsil müəssisələrinin həyətlərində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.шаблоны для dle 11.2
Baxılıb: 970 Tarix: 17-10-2018, 09:18