QARA QAPI

 
Azərbaycan arxeoloji tarixinin “ağ” ləkəli “Qara qapısı” Laçın torpaqları...

Qafqaz dağlarının dəniz səviyyəsindən 2300 m-dən də yüksəklikdə yerləşən fəthedilməz zirvələrini necə əldən verib düşmən tapdağına çevirdik– hələlik, bu da “ağ” ləkədir tariximizdə. Əgər bu məsələlər artıq üzərindən 28 il ötdükdən sonra da lazımi səviyyədə araşdırılmağa başlamazsa biz itirdiyimiz o cənnətməkan torpaqlara necə qayıdacağımızın yollarını da itirəcəyik. Dağlar gözəli Laçına erməni daşnakları “Qara qapı” deyirdi, ermənilərin Qarabağa soxulmasını önləyən “Qara qapı”. Bu ad qara rəngin ermənilər üçün kədər ifadə etməsindənmi, ya türk dillərində “Böyük” anlamını verməsindənmi irəli gəlirdi, bunu deyə bilmərik, ancaq o aşkardır ki, Laçın əldən verilməklə Qarabağa yol açıldı, barlı-bərəkətli yurdumuz erməni talanının, tariximiz, abidələrimiz daşnak tapdağının qurbanı oldu. Əvvəl Şuşanı, sonra onun qardaşı Laçını dəfn etməklə  ermənilərin Qarabağ xülyasını  “sapı özümüzdən olan baltaların”  dəstəyi ilə gerçəkləşdirdik. Ən pisi isə budur ki, yenə də tarixi həqiqətləri üzə çıxarmadan dünyanın da, ermənilərin də təhqirlərinə dözürük, hər gün sərhədlərdə yenə şəhid veririk, özü də təkcə Qarabağla deyil, ermənilərin XX əsrin əvvəllərində qopardıqları torpaqlarımızla olan sərhədlərimizdə...
Xalq bu qaranlıq taleyinə günəşin döğmasını daha nə qədər gözləyəcək görəsən? Bəs, bizim üzümüzə bağlanmış “Qara qapıları” nə zaman açacağıq?!шаблоны для dle 11.2
Baxılıb: 1 050 Tarix: 18-05-2020, 19:48