Azərbaycançılıq ideologiyası müasir tərbiyə konsepsiyası kimi


May ayının 19-da Təhsil Şurası İB-nin İdarə Heyəti Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə toplanmışdı. Konfransda   “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyası müasir təhsil konsepsiyası kimi” əsas məruzə ilə TŞ İH sədri, BDU psixologiya və sosiologiya fakultəsinin dekanı professor Hikmət Əlizadə  çıxış etdi. Daha sonra mövzunu davam etdirərək   TŞ İH-nin üzvü ADPU-nun prorektoru professor Asəf Zamanov çox maraqlı məruzə etdi. Məruzə ətrafındakı çıxışlarda  TŞ İH-nin sədr müavini ADİU-nin prorektoru dosent Şaiq Əsgərov, Əməkdar müəllim Həqiqə Məmmədova Vətəndaşlıq tərbiyəsində örnək olmanın çox böyük rol oynamasından və ermənilərlə bağlı reallığı əks etdirən tarixi bilgilərin gənc nəslə düzgün çatdırılmasından bəhs etdilər ki, bu da maraqlı müzakirələrə səbəb oldu. TŞ İH üzvü, TİPİ-nin şöbə müdiri professor Hümeyir Əhmədov ölkəmizdən xaricdə də bu istiqamətdə elmi məqalələrlə təbliğatın daha da gücləndirilməsi təklifini irəli sürdü. Müzakirələrə qoşulan TŞ İH üzvü, İmişli rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev çox maraqlı çıxışı ilə dövlətimizin bu günki təhsil konsepsiyasında Azərbaycançılıq ideologiyasının ən prioritet məsələlərdən biri kimi qoyulmasından bəhs etdi.Sonda müzakirə edilmiş bütün məsələlərin Təhsil Şurası qarşısında əməli işlərlə həyata keçirilməsi TŞ İB-nin bu ilki fəaliyyət planında əsas məqsədlərdən biri kimi qoyuldu.шаблоны для dle 11.2
Baxılıb: 1 242 Tarix: 20-05-2020, 10:41