Respublika Təhsil Şurasına ağır itki üz vermişdir

Respublika Təhsil Şurasına ağır itki üz vermişdir. 2008-ci ildən Təhsil Şurası İdarə Heytinin üzvü olan, Əməkdar müəllim İslam Baxşıyev vəfat etmişdir.Təcrübəli pedaqoq, gözəl təşkilatçı, dəyərli insan, sadiq dost olan İslam müəllim Təhsil Şurasına Şuranın sədri, professor Əjdər Ağayev tərəfindən dəvət edilmişdi.
Hələ 2000-ci illərdə bir sıra layihələrdə iştirak edən hər iki pedaqoq birlikdə Amerika Birləşmiş Ştatlarına səfər etmişdir. Pedaqoji təcrübə ilə əlaqədar olan bu səfər münasibətləri daha da yaxınlaşdırmışdır. Sonralar İslam müəllim öz fəaliyyətini Əjdər Ağayevin rəhbərliyi altında Təhsil Şurası İdarə Heyətində davam etdirmişdir.
Şamaxıda yaşamağına baxmayaraq, Təhsil Şurası İdarə Heyətinin toplantıları və Şuranın digər tədbirlərində fəal iştirakçı olan İslam Baxşıyev ahıl çağlarında da özünü nümunəvi bir Müəllim, cəmiyyətimizin təhsil problemləri ilə maraqlanan və onların həllində iştirak etməyə can atan bir təhsil işçisi kimi yaddaşlarda qalmışdır.
Təhsil Şurası İctimai Birliyi adından İslam Baxşıyevin vəfatı münasibətilə onun ailəsinə dərin hüznlə başsağlığı verir və kədərə şərik olduğumuzu bildiririk.
Allah rəhmət eləsin.шаблоны для dle 11.2
Baxılıb: 267 Tarix: 20-07-2020, 21:25