"Təhsil Şurasına məhz professor, görkəmli pedaqoq Əjdər müəllimin rəhbərlik etməsi də bu Şuranın fəaliyyətinin səmərəliliyini artırır."

3 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Təhsil Şurasının 20 illiyinə həsr olunmuş "Cəmiyyətin formalaşmasında və inkişafında təhsilin rolu" mövzusunda Respublika elmi-praktik konfransı keçirilmişdir. 
Konfransın plenar iclası ADPU-nun Böyük akt zalında başlandı. Plenar iclasın sədri, ADPU-nun prorektoru, professor Asəf Zamanov konfransın açılışını elan etdikdən sonra, Təhsil Şurasının Əjdər Ağayevin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, sədrin səlahiyyətlərini müvəqqəti olaraq icra edən Ülviyyə İbrahimova Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin təbriklərini konfrans iştirakçılarına çatdırmışdır. Daha sonra kürsüyə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva dəvət edilmişdir. O öz çıxışında Azərbaycan Təhsil Şurasının 20 ildə gördüyü işlərə və Əjdər Ağayevin cəmiyyətə göstərdiyi xidmətlərə böyük dəyər verərək, bundan sonra da Təhsil Nazirliyinin Təhsil Şurası ilə birgə fəaliyyətinə önəm verildiyini qeyd edərək bildirdi ki, bu gün konfransına toplaşdığımız Təhsil Şurası artıq 20 ildir ki, fəaliyyət göstərir, mürəkkəb vəziyyətdə dəyərlərin qorunmasında Təhsil Şurasının yerini və rolunu xüsusi vurğulamaq istəyirəm. Təhsil Şurası qarşısında ilkin tələblər olaraq Təhsilin formalaşmasına və modernləşməsinə təkan vermək idi. Digər tərəfdən müəllim nüfuzunun, müəllim obrazının daha müasir tələblər baxımından xarakterizə olunmasıni, müəllim qarşısında qoyulan tələbləri, ölkənin bütün regionlarında keçirdiyi konfranslarda vacibliyini, əsas strateji istiqamətləri müəllimlərlə müzakirə etməklə təhsil sahəsinə və sistemin özünə çox böyük xidmət göstərirdi. 20 ildir ki, Təhsil Şurası məhz bu konfranslar vasitəsilə təhsil sahəsində ən vacib, ən mütərəqqi mövzuları təhsil ictimaiyyəti ilə, pedaqoji kollektivlə müzakirə edərək, lazım olan vacib mesajları təhsil ictimaiyyətinə çatdırırdı.Təbii ki, Təhsil Şurasının bu xidməti qazanılan uğurlar arasında öz xüsusi yerini tutur və xüsusi çəkiyə malikdir.Təhsil Şurasına məhz professor, gökəmli pedaqoq Əjdər müəllimin rəhbərlik etməsi də bu Şuranın fəaliyyətinin səmərəliliyini artırır. Çünki, həqiqətən də bu gün ölkəmizdə pedaqoji sahəni dərindən bilən, onun elmi biliklərinə yüksək səviyyədə çox sadə dildə kommunikatsiya etmək bacarığına malik olan nadir alimlərdən biri də Əjdər müəllimdir. Əjdər müəllim bu gün istənilən təhsil ictimaiyyətində, məktəbdə uzun illər çalışan insanlar arasında bir sevimli pedaqoq kimi tanınır, çünki hər bir müəllim özünün formalaşmasında və təkmilləşməsində bu 20 il ərzində məhz Əjdər müəllimin rəhbərliyilə keçirilən bu konfranslardan aldığı tövsiyyələrdən, məsləhətlərdən faydalanıb.
Qeyd edim ki, 20 il bir təşkilatın fəaliyyəti üçün elə də uzun bir müddət deyil, amma nəzərə alsaq ki, 20 ildə ölkəmizdə hansı sürətli dəyişikliklər baş verib, o cümlədən təhsil sahəsində, mən deyərdim ki, bu 20 il ərzində qazanılan uğurların içində Təhsil Şurasının da öz xidməti var. Çünki mərkəz olaraq, paytaxt olaraq Bakıda istənilən layihələr, tədbirlər daha sürətlə, daha çox sayda həyata keçirilirdisə, regionlarda təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsinə dəstək verən və bunu təşkil edən məhz Təhsil Şurası olub. Bu səbəbdən də bu gün Təhsil Şurasının yığıncaqlarına, konfranslarına ölkənin müxtəlif bölgələrindən nümayəndələr yığılır və çox hallar da olur ki, bəzən region məktəblərinin təhsil işçilərilə görüşəndə böyük şərəflə və qürur hissi ilə Təhsil Şurasının üzvü olduğunu vurğulayırlar. Bu gün insanları nəyəsə inandırmaq, davamlı şəkildə onları arxasınca aparmaq çətin məsələdi. Görünür ki, bu mənada Təhsil Şurası gözləntiləri doğruldub, təhsil işçilərinin, təcrübəli müəllimlərin inamını və etibarını qazanmağa nail ola bilib. Bu çox böyük nailiyyətdir.Cəmiyyətin inkişafında sürətli yenilənməni nəzərə alaraq Təhsil Şurası da yenilənməli, özünü yeni müstəvidə tanıtmalıdır. Bu sahədə biz Təhsil Nazirliyi olaraq Təhsil Şurası ilə müzakirələr aparmağa həmişə hazırıq. Ümid edirik ki, Təhsil Şurası da bizə həmişə açıqdır.Çıxışının sonunda bir daha Azərbaycan Təhsil Şurasını 20 illik yubileyi münasibəti ilə təbrik etdi, şəxsən Əjdər Ağayevə öz təbriklərini ünvanladı.
Sonra digər natiqlər çıxış edtilər.












шаблоны для dle 11.2
Baxılıb: 421 Tarix: 9-11-2018, 12:55