“Karabakh Is Azerbaijan” platforması yaradılmışdır...

“Karabakh Is Azerbaijan” platforması 13.07.2020 tarixində bir qrup vətənpərvər azərbaycanlı gənc tərəfindən yaradılmışdır, qısa müddətdə Facebook üzrə 16 min , Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olmuşdur və üzvlərimizin sayı günü-gündən artmağa davam edir. Bütün fərqliliklərimizi bir kənara qoyaraq ortaq bir hədəf altında birləşmişik. Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir. Siz də bu gənclərlə birlikdə mübarizəyə qoşularaq səsimizi daha çox insana çatdıra bilərsiniz. Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunmuşdur. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Bu günə qədər üzvlərimiz vasitəsilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice #StopLyingArmenia #KnowTheTruthForAzerbaijan #AzerbaijanNotEnemy #AzerbaijanisAreNotTarget #StopArmenianProvocation #ReturnAzerbaijaniLands #KIAZteam heşteqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ, Böyük Britaniya, Ukraniya, İsrail, Almaniya kimi ölkələrin Twitter`ində trenddə ilk sıralarda və Dünya trendində isə ilk 5-də yer almışıq. Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolarımız hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək. Rəsmi saytımız (http://www.karabakhisazerbaijan.com/) artıq fəaliyyətə başlayıb, saytımızda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, layihələrimiz, təşəbbüskarlarımız haqqında məlumatlar və hazırladığımız videolar yer almışdır. Həmçinin yaxın zamanda sayt digər dillərə də tərcümə olunaraq istifadəyə veriləcək. Layihədə idarə heyəti — Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq Vətəni üçün bu informasiya müharibəsində canla-başla iştirak edir.шаблоны для dle 11.2
Baxılıb: 249 Tarix: 30-07-2020, 22:47